...

Erlinq Haaland qollarının sayını 100-ə çatdırıb

İdman Materials 3 Dekabr 2025 18:12 (UTC +04:00)
Erlinq Haaland qollarının sayını 100-ə çatdırıb

Bakı. Trend:

"Mançester Siti" İngiltərə Premyer Liqasının 14-cü turunda "Fulhem" üzərində 5:4 hesablı qələbə qazanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər”in hücumçusu Erlinq Haaland bu görüşdə növbəti dəfə fərqlənib. Bu qol norveçli forvardın İngiltərə çempionatında vurduğu 100-cü qol olub.

25 yaşlı futbolçu Premyer Liqa tarixində 100 və daha çox qol vurmağı bacaran 35-ci oyunçuya çevrilib.

Xatırladaq ki, İngiltərə çempionatının ən yaxşı bombardiri hələ də Alan Şirerdir. Onun aktivində 260 qol var. Şirerin ardından Harri Kane (213) və Ueyn Runi (208) gəlirlər.

Xəbər lenti

Xəbər lenti