...

Almaniya 2029-cu ildə Avropa çempionatına ev sahibliyi edəcək

İdman Materials 3 Dekabr 2025 21:31 (UTC +04:00)
Almaniya 2029-cu ildə Avropa çempionatına ev sahibliyi edəcək

Bakı. Trend:

Almaniya 2029-cu ildə qadınlar arasında futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Trend xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən iclasında qərar qəbul olunub. Çempionatın oyunları Münxen, Dortmund, Köln, Frankfurt, Düsseldorf, Leyptsiq, Hannover və Volfsburq şəhərlərində keçiriləcək.

Avropa çempionatına ev sahibliyi uğrunda Almaniyadan başqa Polşa, həmçinin Danimarka və İsveç birlikdə yarışıb.

Almaniya üçüncü dəfə bu çempionatı təşkil edəcək. Ölkə 1989-cu və 2001-ci illərdə Avropa çempionatına ev sahibliyi edib.

Xəbər lenti

Xəbər lenti