Bakı. Trend:
“Tottenhem Hotspur” klubunun hücumçusu Randal Kolo Muani və yarımmüdafiəçi Vilson Odober avtomobil qəzasına düşüblər.
Trend xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
“Randal Kolo Muani və Vilson Odober təkər partlaması səbəbindən kiçik avtomobil qəzasına düşüblər, lakin hər ikisi özlərini yaxşı hiss edirlər və Frankfurta yollanacaqlar”, – deyə Ceykobs bildirib.
Qeyd edək ki, “Tottenhem” yanvarın 28-də Frankfurt şəhərində yerləşən “Frankfurt Arena”da Çempionlar Liqasının 8-ci turu çərçivəsində “Ayntraxt”la qarşılaşacaq.
