Bakı. Trend:
İspaniyanın “Atletiko Madrid” klubu alman futbolçu Leon Goretzkanın transferi ilə bağlı yenidən aktiv mərhələyə keçib.
Trend xəbər verir ki, Madrid təmsilçisi ilə futbolçunun meneceri arasında yeni əlaqələr qurulub və potensial keçidlə bağlı danışıqlar aparılır.
Mənbələrin məlumatına görə, “Atletiko Madrid” Goretzkaya əsas heyətdə yer və kifayət qədər oyun vaxtı təklif etməyi planlaşdırır. Transferlə bağlı konkret addımların və mümkün razılaşmaların yaxın günlərdə dəqiqləşəcəyi gözlənilir.
Qeyd edək ki, Leon Goretzka hazırda “Bayern Münhen” klubunun formasını geyinir və yarımmüdafiə xəttində həm hücum, həm də müdafiə funksiyalarını yerinə yetirir.
