...

"Fənərbaxça"nın 15 milyonluq təklifini geri çevirdilər

İdman Materials 28 Yanvar 2026 13:42 (UTC +04:00)
"Fənərbaxça"nın 15 milyonluq təklifini geri çevirdilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Fənərbaxça” “Reyncers”in hücumçusu Yussef Çermitinin transferini reallaşdıra bilməyib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu Şotlandiya klubunun 21 yaşlı forvardı üçün qarşı tərəfə 15 milyon avroluq təklif göndərmişdi. Lakin Qlazqo təmsilçisi bunu geri çevirib.

Portuqaliyalı mərkəz hücumçusunun “Reyncers”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Sportinq” və “Everton” klublarında da oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti