...

"Napoli" bu hücumçu ilə razılaşdı

İdman Materials 28 Yanvar 2026 14:17 (UTC +04:00)
"Napoli" bu hücumçu ilə razılaşdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Napoli" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda insayder Canluka di Marzio məlumat yayıb .

A seriyası təmsilçisi "Sportinq"in braziliyalı hücumçusu Alisson Santosla razılaşıb.

23 yaşlı futbolçu ötən yay 2,1 milyon avroya "Vitoriya"dan Portuqaliya klubuna keçib və mövsümün ilk hissəsində 29 matçda (676 dəqiqə) 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Qeyd olunub ki, Alissonun "Napoli" ilə müqaviləsu 2031-ci ilin yayına qədər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti