Bakı. Trend:
Bu gün Misli Premyer Liqasının XIX turunda daha iki oyun keçiriləcək.
Trend xəbər verir ki, günün ilk matçında “İmişli” “Kəpəz”i qonaq edəcək.
Matç Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 14:30-da start götürəcək.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” autsayder “Karvan-Yevlax”ı sınağa çəkəcək.
Oyun saat 18:30-da başlayacaq.
Qeyd edək ki, ehtiyatda daha bir oyunu olan “Turan” 30 xalla 4-cü, “İmişli” 18 xalla 9-cu, “Kəpəz” 12 xalla 11-ci, “Karvan-Yevlax” isə 6 xalla 12-ci sırada yer alıb.
