...

Şəkinin 3 kəndinə ilk dəfə təbii qaz verilib

İqtisadiyyat Materials 10 Sentyabr 2016 13:21 (UTC +04:00)
Bu gün Şəki rayonunun Birinci Biləcik, Şorsu və Qudula kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
Şəkinin 3 kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. Trend:

Bu gün Şəki rayonunun Birinci Biləcik, Şorsu və Qudula kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentlərii Mikayıl İsmayılov, Bədəl Bədəlov, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, Şəki RİH-nin başcısı Elxsan Usubov və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər. SOCAR prezidentinə məlumat verilib ki, 421 abonenti olan Birinci Biləcik kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 32 500 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 421 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

432 abonenti olan Şorsu kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 28 996 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlər sayğac və fərdi tənzimləyici ilə təmin edilib.

Qudula kəndinin qazlaşdırılması zamanı 22 509 metr uzunluğunda qaz xətləri çəkilib, mənzillərə 197 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd olunub ki, hazırda Şəkinin daha 6 kəndində (Qayabaşı, Şəki kənd, Kiçik Dəhnə, Cumakənd, Baş Göynük və Baş Layısqı kəndlərində) qaz çəkilişləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışaraq qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti