...

"Azərbaycan Dəmir Yolları"nın 136 illiyinə həsr olunmuş jurnal işıq üzü görüb

İqtisadiyyat Materials 10 Oktyabr 2016 12:22 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaranmasının 136 illiyinə həsr olunmuş jurnalın ilk sayı işıq üzü görüb.
"Azərbaycan Dəmir Yolları"nın 136 illiyinə həsr olunmuş jurnal işıq üzü görüb

Trend-i buradan izləyin

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaranmasının 136 illiyinə həsr olunmuş jurnalın ilk sayı işıq üzü görüb.

Trend-in məlumatına görə, “1880-ci ildən bu günə” jurnalında Azərbaycan Dəmir Yollarının yarandığı gündən bu günə kimi qət etdiyi yoldan bəhs edilib. Jurnal 2 dildə, azərbaycan və ingilis dillərində buraxılıb. Jurnal satış üçün nəzərdə tutulmayıb. Analitik jurnalın “Azərbaycan Dəmir Yolları”nın bütün qatarlarında oxuculara çatdırılması nəzərdə tutulub. Hər bir vaqona bu jurnaldan yerləşdiriləcək.

Qeyd edək ki, jurnalın baş redaktoru Sevinc Qədirovadır. Xatırladaq ki, bu “Azərbaycan Dəmir Yolları”nın nəşr etdiyi jurnalın ilk sayıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti