...

Çin SOCAR-ın layihələrində daha geniş təmsil olunmaq istəyir (FOTO)

İqtisadiyyat Materials 12 Noyabr 2016 17:03 (UTC +04:00)
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çin nümayəndə heyəti ilə görüş keçirib.
Çin SOCAR-ın layihələrində daha geniş təmsil olunmaq istəyir (FOTO)

Bakı. Trend:

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Çin iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyətini qəbul edib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, R.Abdullayev Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, enerji sektorunun bir çox sahələrində faydalı əməkdaşlığın qurulduğunu vurğulayıb, Çin şirkətləri və maliyyə institutları ilə SOCAR arasında uzunmüddətli əməkdaşlıqdan danışıb.

Bu əməkdaşlığı Azərbaycan və Çin arasında dostluq və beynəlxalq tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə adlandıran SOCAR prezidenti CNPC rəhbərliyi ilə Pekində və Bakıdakı son görüşləri xatırlamış və çıxarılan qərarların əhəmiyyətini vurğulayıb.

CNPC şirkətinin İdarə Heyətinin üzvü Vang Şi Honq SOCAR-la CNPC arasında imzalanmış Azərbaycanda Qaz Emalı və Kimyası kompleksinin (SOCAR-GPC) yaradılmasına dair memorandumu iki şirkətin əməkdaşlığının inkişafı baxımından vacib mərhələ adlandırmış, Çin hökumətinin bu layihəyə böyük önəm verdiyini qeyd edib.

Çinin maliyyə təsisatlarının, fondlarının və investisiya şirkətlərinin bu layihəyə böyük diqqət göstərdiklərini vurğulayan Vang Şi Honq Azərbaycana bu günki səfərin də bunun göstəricisi olduğunu bildirib. Qonaq təmsil etdiyi şirkətin SOCAR-la əməkdaşlığı daha da genişləndirməyə, SOCAR-ın həyata keçirdiyi layihələrdə daha geniş təmsil edilməyə maraqlı olduğunu diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti