...

Ərzaq məhsulları mərkəzləşdirilmiş qaydada satın alınacaq

İqtisadiyyat Materials 6 Dekabr 2016 16:10 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması barədə elan verib.
Ərzaq məhsulları mərkəzləşdirilmiş qaydada satın alınacaq

Bakı. Trend:

Yerli ərzaq məhsullarının istehsalçıları və ya satıcılarının (idxalçı) nəzərinə çatdırılır ki, “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalının (www.tedaruk.az) “Tədarük elanları” bölməsində dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması nəzərdə tutulan ərzaq məhsulları üzrə yerləşdirilmiş təlabata dair təkliflərini Portalın “Təklif yerləşdir” bölməsində qeydiyyatdan keçərək təqdim edə bilərlər.

Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər bir növü üzrə həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elan “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalında (www.tedaruk.az) yerləşdirib.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsalçıların və digər satıçıların (idxalçılar) fəaliyyətinin və təqdim edilən təkliflərin monitorinqi, habelə həmin ərzaq məhsullarının satın alınması prosedurları Azərbaycan Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”na uğun olaraq həyata keçiriləcək.

Həmçinin, elanın şərtlərinə uyğun gələn təkliflərin qiymətləndirilməsi zamanı yerli istehsalçılara üstünlük veriləcək.

Əlavə məlumat almaq üçün Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı mərkəzi və ya “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ilə ilə əlaqə saxlaya bilərsiniz.

Tel: 012 555 04 14
Mob: 050 243 28 95

Məqalədə:
Xəbər lenti

Xəbər lenti