...

"Transxəzər" marşrutunun inkişaf perspektivləri dördtərəfli görüşdə müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 7 Dekabr 2016 12:51 (UTC +04:00)
Dekabrın 7-də “Azərbaycan Dəmir Yolları” QSC-də Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan dəmir yolu nümayəndələrinin dördtərəfli görüşü keçirilib.
"Transxəzər" marşrutunun inkişaf perspektivləri dördtərəfli görüşdə müzakirə olunub (FOTO)

Bakı. Trend:

Dekabrın 7-də “Azərbaycan Dəmir Yolları” QSC-də Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan dəmir yolu nümayəndələrinin dördtərəfli görüşü keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Qazaxıstan Dəmir Yolu" SC-nin Prezidenti Kanat Alpısbayev, Türkiyə Dəmir Yolu Daşımaçılığın baş direktoru Veysi Kurt və "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze və iştirak ediblər.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğı və dəstəyi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində ölkəmizin aktiv iştirakı, Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Tərəflər "Transxəzər" Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, bu marşrut ilə daşınan yüklərin həcminin artırılması və tariflərin optimallaşdırılması məsələlərini müzakirə ediblər.

“Qazaxıstan Dəmir Yolu” SC-nin Prezidenti Kanat Alpısbayev, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze, Türkiyə Dəmir Yolu Daşımaçılığın baş direktoruVeysi Kurt çıxış edərək "Transxəzər" Beynəlxalq Nəqliyyat Marşrutunun ölkələr üçün olduqca önəmli layihə olduğunu, bu marşruta yük axının cəlb edilməsi üçün bütün imkanları səfərbər etməyin vacib olduğunu bildiriblər.

Görüşün sonunda anlaşma memorandum imzalanıb.

Tədbirdə həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanınnın baş direktoru Taleh Ziyadov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev iştirak ediblər.

Məlumat üçün qeyd edək ki, 3 avqust 2015-ci ildə "Transxəzər" Beynəlxalq Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən ilk “Nomand ekspress” sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Çindən gələn ilk konteyner qatarı "Transxəzər" marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq mümkün olub. Daha sonra Ukrayna "Transxəzər" Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulub.

"Transxəzər" Nəqliyyat Marşrutu ilə hərəkət edən “Nomad Ekspress” qatarı orta hesabla 10-12 günə yükləri Çindən Avropaya çatdırır. Bu da marşrutun əsas üstünlüklərindən biridir. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən "Transxəzər" Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və qatarların çatdırılma vaxtı qısalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti