...

Ağcabədidə sahibkarlara treninq keçirilib

İqtisadiyyat Materials 16 Dekabr 2016 16:41 (UTC +04:00)
Bu gün Ağcabədidə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” və “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı” mövzularında treninq keçirilib.
Ağcabədidə sahibkarlara treninq keçirilib

Bakı. Trend:

Bu gün Ağcabədidə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” və “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı” mövzularında treninq keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə ekoloji təmiz kənd təsərrüfatı, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, brend məhsullar və belə məhsulların bazarlara çıxarılması, “Made in Azerbaijan” brendi və s. barədə məlumat verilib. Bununla yanaşı, Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq iştirakçıları həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıblar.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti