...

“Ugur-2016” milli mükafatının laureatları elan olunub (FOTO)

İqtisadiyyat Materials 21 Dekabr 2016 15:43 (UTC +04:00)
"Boulevard Hotel Baku" mehmanxanasında mükafatı 2016-cı il üzrə qaliblərinin təltifetmə mərasimi keçirilib.
“Ugur-2016” milli mükafatının laureatları elan olunub  (FOTO)

Bakı. Trend:

Hər il biznes və iqtisadiyyat sahəsində uğurlu fəaliyyətləri və yenilikləri ilə seçilən, ölkə iqtisadiyyatının inkişafına töhfə verən, yeni işyerlərinin açılmasında fəallıq göstərən şirkətlər və təşkilatlar nüfuzlu “Uğur” milli mükafatı ilə dəyərləndirirlər.

Trend-in məlumatına görə, "Boulevard Hotel Baku" mehmanxanasında mükafatı 2016-cı il üzrə qaliblərinin təltifetmə mərasimi keçirilib.

Nüfuzlu "Consulting & Business" jurnalı tərəfindən təsis olunan "Uğur-2016" bu dəfə də iqtisadiyyatın müxtəlif sahələri üzrə aparıcı şirkətləri əhatə edib.

Təqdimat mərasimini giriş nitqi ilə "Uğur" milli mükafatının Təşkilat Komitəsinin rəhbəri İbrahim Baharov açıb. O, bildirib: "2016-cı il Azərbaycan iqtisadiyyatı üçün çətin bir il oldu: üzən məzənnə rejiminin tətbiqi nəticəsində dolların nəzərəçarpacaq bahalaşması əlbəttə ki, əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərdi, neftin ucuzlaşması isə ölkənin neft gəlirlərini azaltdı, nəticədə dövlət investisiyaları və tikinti sektoruna sərmayə yatırımları da zəiflədi. Ancaq bu gərginliyə baxmayaraq, ölkədə sənayenin, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı müşahidə olunur. Ölkənin gələcək inkişafı və perspektiv sahələrlə bağlı ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan “Strateji Yol Xəritələri” milli iqtisadiyyatın inkişafına təkan verəcək. Mən əminəm ki, bu siyasi dəstəyi davam etdirməklə Azərbaycan yenidən iqtisadi inkişaf templərinə görə dünyanın aparıcı dövlətləri sırasına çıxacaq. Bu yolda sahibkarlığın üzərinə də böyük vəzifələr düşür və mən sizə bol-bol uğurlar arzulayıram”.

"Uğur" mükafatı növbəti dəfə biznes sferasında ən yaxşılarını nümayiş etdirib. Artıq 16 ildir ki, təqdim edilən bu mükafat böyük uğurlar qazanan yerli şirkətlərin dünya standartlarına uyğun fəaliyyət göstərmələrinə verilən bir dəyərdir.

Bu dəfəki təqdimatda 17 laureat müxtəlif nominasiyalar üzrə yaxşıların yaxşısı seçilib.
Qeyd edək ki, “Uğur” milli mükafatı "Consalting&Business" jurnalı tərəfindən 2000-ci ildə təsis olunub. “Uğur” Azərbaycanda biznes və iqtisadiyyat sahəsində ilk və ən nüfuzlu mükafatdır, millii qtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmiş, yeni iş yerlərinin yaradılmasına və bununla da hər bir ailənin rifahının yüksəlməsinə töhfə verən iş adamlarına, dövlət və ictimai xadimlərə təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti