...

Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını ikiqat artırır

İqtisadiyyat Materials 16 Yanvar 2017 14:19 (UTC +04:00)
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin rəhbərliyində baş verən dəyişikliklərdən sonra Bankın nizamnamə kapitalının artırılması istiqamətində də real addımların atılmasına başlanılıb.
Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını ikiqat artırır

Bakı. Trend:

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin rəhbərliyində baş verən dəyişikliklərdən sonra Bankın nizamnamə kapitalının artırılması istiqamətində də real addımların atılmasına başlanılıb.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Bankın nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 600 milyon manat məbləğində artırılmasını nəzərdə tutan emissiya prospekti Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyata alınıb. Beləliklə, ABB-nin nizamnamə kapitalı 1.241,287,247.85 manata çatdırılmış olacaq.

Bankın İdarə Heyətinin sədri Xalid Əhədov deyib: “Nizamnamə kapitalının artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərinin tərkib hissəsidir”.

Onun sözlərinə görə, ABB-nin kapitalının gücləndirilməsi üçün digər tədbirlər də nəzərdə tutulur.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti