...

8 000 000 manatdan artıq müaliсəyə xərcləndi

İqtisadiyyat Materials 19 Yanvar 2017 11:42 (UTC +04:00)
Hər bir sığorta şirkətinin vacib göstəricisi onun həyata keçirdiyi ödənişləridir.
8 000 000 manatdan artıq müaliсəyə xərcləndi

Bakı. Trend:

Hər bir sığorta şirkətinin vacib göstəricisi onun həyata keçirdiyi ödənişləridir. A-Qroup sığorta şirkəti 2016-cı il ərzində öz sığortalılarının müalicəsinə 8 092 654 AZN xərcləyib.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

İqtisadi böhranın davam etdiyi bir şəraitdə A-Qroup sığorta şirkəti 2016-cı ildə sığorta haqlarını olduğu kimi saxlayıb və hətta 12 796 101,23 AZN-ə qədər artırıb.

20 il ərzində A-Qroup öz müştərilərinin qayğısına qalan və onları dünya standartlarına cavab verən yüksək ixtisaslı servislə təmin edən şirkət olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti