...

Cəlilabadda sahibkarlar üçün treninq keçirilib

İqtisadiyyat Materials 10 Fevral 2017 18:07 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlərini davam etdirir.
Cəlilabadda sahibkarlar üçün treninq keçirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə tədbir bu gün Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Cəlilabadda keçirilib.

“İstehsal sahələrinin idarə edilməsi”, “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” mövzularını əhatə edən treninqdə istehsal sahələrində biznesin təşkili və səmərəli idarə edilməsi, “Made in Azerbaijan” brendinin yaradılması, məhsulların keyfiyyətinin yüksəldilməsi, investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara təsdiqedici sənədin verilməsi Qaydası, investisiya layihəsinin (biznes planın) tərtib edilməsi, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və Apellyasiya Şuraları barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və bu xidmətlərin "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiyası barədə məlumatlandırılıb.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti