Bakı. Trend:
Fevralın 13-də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Mərkəzi Bankın hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100753S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Palatadan Trend-ə verilən məlumata görə, sözügedən notların tədavül müddəti 28 gündür.