...

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ilə bağlı təqdimat keçirilib

İqtisadiyyat Materials 24 Fevral 2017 14:06 (UTC +04:00)
Vergilər Nazirliyində “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” ilə bağlı təqdimat keçirilib.
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ilə bağlı təqdimat keçirilib

Bakı. Trend:

Vergilər Nazirliyində “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” ilə bağlı təqdimat keçirilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, vergilər nazirinin müavini İlkin Vəliyev təqdimat mərasimizndə çıxış edərək bildirib ki, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli fərmanına əsasən, 12 istiqamətdə strateji yol xəritəsi təsdiq olunub.

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmandan irəli gələn tapşırıqların icrası məqsədilə Vergilər Nazirliyinin kollegiyası tərəfindən 9 fevral 2017-ci il tarixli qərar qəbul edilib, iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Vergilər Nazirliyinin əsas icraçı olduğu 4 tədbir üzrə məsul şəxslər təyin edilib. Məsul şəxslərin hər birinə müvafiq tədbirlər üzrə digər qurumlardan nümayəndələr ayrıldıqdan sonra işçi qrupun yaradılması, işçi qrupun illik iş proqramının hazırlanması, hər rüb üzrə görülmüş işlərə dair hesabatın koordinasiya qurumuna təqdim edilməsi və digər zəruri işlərin görülməsi tapşırılıb.

Sonra Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin hər birində müəyyən olunmuş hədəflər, onların mahiyyəti, habelə bilavasitə Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı olan istiqamətlər barədə məlumat verib. Bildirilib ki, Vergilər Nazirliyi 3 strateji yol xəritəsində 5 istiqamət üzrə əsas icraçı (1 istiqamət artıq 2016-cı ildə icra olunub), 9 strateji yol xəritəsində 34 istiqamət üzrə isə digər icraçı qismində müəyyən edilib. Bildirilib ki, Nazirliyin əsas icraçı olduğu sahələr əlverişli biznes mühitinin inkişaf etdirilməsi hədəfi üzrə səmərəli vergi sisteminin təşviq edilməsi, kiçik və orta sahibkarlıq subyektlərində aparılan yoxlamaların optimallaşdırılması və onların risk dərəcələri əsasında aparılması, bu sahədə stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi, kənd təsərrufatı məhsullarının daxili bazarda ticarəti üzrə uçot göstəriciləri ilə bağlı tənzimləmə sisteminin hüquqi əsaslarının təkmilləşdirilməsi ilə bağlıdır. O da qeyd olunub ki, hər bir hədəf bir sıra mühüm komponentlərdən ibarətdir və hər bir komponent üzrə ciddi təhlillər edilərək illik iş planlarında əksini tapacaq tədbirlər həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti