Aktiv məşğulluq tədbirlərinin təşkilində BP ilə əməkdaşlıq müzakirə olunub (FOTO)

Aktiv məşğulluq tədbirlərinin təşkilində BP ilə əməkdaşlıq müzakirə olunub (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti Qari Counzla tanışlıq görüşü olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Q.Counzu yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib, ona yeni işində uğurlar arzulayıb. Nazir Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması sahəsində ötən dövrdə əldə olunmuş nailiyyətlər barədə məlumat verib. S.Müslümov bildirib ki, qlobal iqtisadi böhranın kəskinləşdiyi son illərdə də Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatları ölkəmizdə makroiqtisadi sabitliyin, eyni zamanda qeyri-neft sektorunda artımın davam etməsinə imkan verib: “İqtisadi şaxələndirmə siyasətinin müsbət nəticələri cari ildə də özünü aydın şəkildə göstərir və bu ilin yanvar-fevral aylarında qeyri-neft sektorunda ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artım qeydə alınıb. Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdə olan Azərbaycan iqtisadiyyatında artıq bu sektorun şəkisi 70 faiz təşkil edir. Bu pozitiv proseslərdə dövlət başçısının sosial-iqtisadi siyasətinə uyğun olaraq, iqtisadiyyatın sosialyönümlü inkişafı, o cümlədən məşğulluq amili ön planda saxlanılır. Xüsusən sahibkarlığın inkişafına hərtərəfli şəraitin yaradılması özəl sektorun iqtisadiyyatda çəkisinin 80 faizə, bu sektorun məşğulluqda payının isə 75 faizə yüksəlməsinə şərait yaradıb. 2003-2015-ci illərdə də qeyri-dövlət sektoru üzrə məşğul əhalinin sayında 700 min nəfərdən çox və ya 25,2 faiz artım özünü göstərib”.

BP şirkətinin Azərbaycan iqtisadiyyatında rolundan bəhs edən S.Müslümov xeyli sayda insanın məşğulluğunun təmin olunduğu şirkətdə yerli işçi qüvvəsindən istifadənin də genişlənməsinin əhəmiyyətli amil olduğunu diqqətə çatdırıb: “BP-nin məşğulluqda rolu nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bu şirkət arasında bir sıra istiqamətlərdə əməkdaşlıq təcrübəsi formalaşıb. İşsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı üçün şirkətdə yaranan boş iş yerləri (vakansiyalar) barədə milli qanunvericilikdə müəyyən olunmuş qaydada məşğulluq orqanlarına məlumatın təqdim olunması bu əməkdaşlıqda ən çox diqqət yetirdiyimiz məsələlərdən biridir. Eyni zamanda, işçi qüvvəsinə, o cümlədən əcnəbi işçi qüvvəsinə tələb və təklif üzrə operativ məlumat mübadiləsinin aparılması, neft sektorunda tələbatın artacağı peşə və ixtisaslarla bağlı proqnozların, peşə və ixtisas standartlarının hazırlanması, tətbiqi və s. ilə bağlı əməkdaşlıq istiqamətləri mövcuddur”.

Nazir işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı və əlavə təhsilinin təşkili, əməyin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğuna köməkliyin göstərilməsi və s. məsələlərin də BP ilə əlaqələr müstəvisində aktual olduğunu diqqətə çatdırıb: “Hesab edirəm ki, bu istiqamətlərin hər biri üzrə əməkdaşlığın əməli işlər müstəvisində davam etdirilməsi üçün geniş imkanlar vardır və əminəm ki, qarşıdakı dövrdə bu imkanlardan maksimum istifadə olunacaqdır”.

Q.Counz BP şirkətinin genişmiqyaslı fəaliyyətində tərəfdaşlarla birgə davamlı sosial proqramların həyata keçirilməsinin, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının, işçi heyətinin ixtisas artımı ilə əlaqədar müvafiq işlərin aparılmasının mühüm yer tutduğunu qeyd edib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin müvafiq istiqamətlər üzrə davam etdirilməsi üçün qarşıdakı dövrdə məqsədyönlü işlərin görüləcəyini bildirib.

Görüşdə əmək miqrasiyası, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi, onların məşğulluğunun təminatı, habelə sosial cəhətdən həssas əhali qruplarının məşğulluğuna şərait yaradılması, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün peşə hazırlığının təşkili, peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi sahələrində gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb
Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb
Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır - Armen Sarkisyan
Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır - Armen Sarkisyan
İranda koronavirusa yoluxanların sayı 900 min nəfəri keçib
İranda koronavirusa yoluxanların sayı 900 min nəfəri keçib
Loading Bars
Xəbər lenti
Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağı müzakirə ediblər
Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar - Deputat
Azərbaycan gimnastları Kiyevdə Avropa Çempionatının finalına çıxıb
“ADY Express” Astara terminalında aşırılan yükün həcmini artırıb
Rəqəmsal ödəmələr nə üçün önəmlidir?
Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
Fransa senatının qətnaməsi qərəzlidir - Deputat
Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı layihəsinin müddətini uzadıb
Mətbuat Şurası Fransanın kütləvi informasiya vasitələrinə müraciət edib
Baş Prokurorluğun "Facebook" səhifəsi rəsmi olaraq mavi nişan ilə təsdiqlənib
Koronavirusla bağlı aparılan testlərin bitməsi barədə məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Azərbaycan Fransaya nota verib
Müasir həllərin inteqrasiyası onlayn satışların artmasına yol açıb
Aİİ-də Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı panellərlə davam edib (FOTO)
Kəlbəcərin danışıqlar masasında geri qayıtarılması diplomatik qələbənin də bizimlə olduğunu göstərir - Deputat
Üç “hər şey” siyasəti və ya Ermənistanın “yandırılmış torpaq” taktikası (FOTO)
Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib
Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti olub
Ermənistan parlamentində dava (VİDEO)
20 obyektdə epidemiya əleyhinə rejim pozulub - Nazirlik
Maliyyə Nazirliyi 170 min manatdan çox məbləğdə müqavilə imzalayıb
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında!
Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə COMCEC-in 36-cı sessiyasının açılış mərasimi olub (FOTO)
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək (FOTO)
AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib (FOTO)
Noyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır - Əsir əsgərin qohumu
Azərbaycanda 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib
Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır - Vüqar Rəhimzadə
Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransadan daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru
Naxçıvanın xarici ticarət dövriyyəsi artıb
Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır - Yaqub Mahmudov
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağı diplomatik hədəfinə nail olmağı bacardı - Deputat
İtaliyanın bir sıra bələdiyyələri Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib
MDB PA-nın 3 daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib
Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır - Armen Sarkisyan
PAŞA Bankdan kiçik və orta biznes sahibləri üçün “Black Friday” endirimləri!
Bərpa olunan enerji ilə bağlı pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın dördüncü iclası keçirilib (FOTO)
Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Fransa senatının qəbul etdiyi qətnamə ləğv edilməlidir - QHT sədri
Aİİ-də akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı öz işinə başlayıb (FOTO)
Türkiyənin axtarışa verdiyi şəxs Azərbaycanda həbs edildi
Fransa Senatının qətnaməsi bu ölkənin vasitəçi mandatını tabuta qoydu
İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanıb
Ceyhun Bayramov və Səudiyyə Ərəbistanının xarici işlər naziri telefonla danışıblar
Fransada bir qrup siyasi avantürist ölkənin xarici siyasətini erməni maraqlarının girovuna çevirib - Deputat
Ceyhun Bayramov indoneziyalı həmkarı ilə telefonla danışıb
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
Fransa senatının bu addımı Azərbaycana və beynəlxalq hüquqa hörmətsizlikdir - QHT sədri
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrə nə vaxtadək məzuniyyət veriləcək? - Nazirlik açıqladı
Fransa Senatının qərəzli addımı siyasi təxribatdır - Siyavuş Novruzov
Ceyhun Bayramovla Əfqanıstanın xarici işlər naziri arasında telefon danışığı olub
Rabitə Nazirliyi startapları maliyyələşdirməyə hazırdır
Azərbaycan yolların keyfiyyətinə görə 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 900 min nəfəri keçib
Abşeronda ekoloji problemlərin həlli istiqamətində hansı işlər görülməlidir? - Nazirlik rəsmisindən açıqlama
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq etdi
Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ olub - “Associated Press” Ağdamdan yazdı
AQTA ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsini davam etdirir (VİDEO)
İsveçrə bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda potensial görür - Dövlət Katibliyi
“Əminəm ki, belə çətin günlərdə müştərilərə dəstək olmağımızın bəhrəsini yaxın gələcəkdə mütləq görəcəyik”: Dariuş Katsprşik, “AccessBank”ın Müşahidə Şurasının üzvü
KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olunub (FOTO)
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı
“Ukrtransnafta” 138 min tona yaxın "Azeri Light" nefti nəql edib
Hostimul Black Friday kampaniyasına start verib
Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola bilməz - Əli Əhmədov
Türkiyə və İran səfirləri Qarabağı müzakirə ediblər
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi Qarabağın iqtisadi inkişafına necə təsir edəcək? - Videoşərh
Erməni qoşunlarının bütün terror aktları Avropa ölkələri tərəfindən pislənməlidir - Piter Teys
Bu sənətin arxasınca getdiyim üçün heç vaxt peşman olmamışam - Usta ilə söhbət
Kabel televiziyası operatorları işğal olunmuş ərazilərdə şəbəkələri tam işə salmağa hazırdır
Fransa Senatının Ermənistanı müdafiə etməyə cəhd göstərməsi olduqca gülünc görsənir - Naqif Həmzəyev
Ombudsmanın Cəlilabad Regional Mərkəzi Uşaq Hüquqları Aylığı çərçivəsində onlayn tədbir keçirib
Bu dərsliklərin yenidən yazılması gündəmdədir - Təhsil Nazirliyi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Fransadakı soydaşlarımız ölkə senatının üzvlərinə müraciət edib
Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə məqsədilə yeni layihənin icrasına başlanıb
Elşad Hacıyev yeni vəzifəyə təyin edildi
Hər bir insana potensial koronavirus daşıyıcısı kimi baxmalıyıq - TƏBİB
Fransa senatı demokratik dəyərlərə xəyanət edib - Türkiyə hökuməti
Sabah Bakıya yağış, rayonlara qar yağacaq
Pambıq yığımında növbəti rekord göstərici qeydə alınıb
Milli Məclis Vətən müharibəsi ilə əlaqədar yeni orden və medalları təsdiqlədi
"Vətən Müharibəsi Qəhrəmanı" adı təsis edildi - Əsasnamə təsdiqləndi
"Buta Airways" İzmir istiqamətində uçuşların sayını artırır
Rusiyada gün ərzində 524 nəfər koronavirusdan öldü
Bakı-Tbilisi-Ceyhan vasitəsilə Türkiyəyə neft nəqli artıb
Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə çağırış edib
Poltavadakı diaspor fəalları Qələbədən qürurlandıqlarını bildiriblər (FOTO)
Etirazçılar Fransa səfirliyi qarşısında bəyanat səsləndirib (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri uşaq evlərinə başçəkmələr həyata keçirib (FOTO)
Fransa senatının bir çox üzvlərinin müharibənin başa çatmasından xəbəri belə yoxdur (VİDEO)
Bütün xəbərlər