...

“Azərişıq": Bayram günlərində istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqlar

İqtisadiyyat Materials 16 Mart 2017 13:42 (UTC +04:00)
Bayram günlərində istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqlar.
“Azərişıq": Bayram günlərində istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqlar

Bakı. Trend:

Bayram günlərində istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqlar.

Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilir ki, “Azərişıq” ASC Novruz bayramı günlərində ehtiyat tədbirlərini gücləndirəcək.

Bu məqsədlə ASC-nin Mərkəzi Aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil ediləcək. Qarşıya qoyulan vəzifə qeyri-iş günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının dərhal alınmasıdır.
Elektrik şəbəkələrində normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək və müvafiq tədbirlər görüləcək. Baş vermiş qəzaların (199-çağrı mərkəzi) nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması da təmin ediləcək.

“Azərişıq” ASC Novruz Bayramı münasibəti xalqımızı təbrik edir və bu sahədə göstərdiyi xidmətdən qürur duyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti