...

"Bakı Ticarət Festivalı"na Türk Hava Yollarının tərəfdaşlığı müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 31 Mart 2017 11:11 (UTC +04:00)
“Bakı Ticarət Festivalı”na Türk Hava Yollarının tərəfdaşlığı ilə bağlı müzakirə aparılıb.
"Bakı Ticarət Festivalı"na Türk Hava Yollarının tərəfdaşlığı müzakirə olunub (FOTO)

Bakı. Trend:

“Bakı Ticarət Festivalı”na Türk Hava Yollarının tərəfdaşlığı ilə bağlı müzakirə aparılıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə məsələ mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Türk Hava Yollarının Bakı nümayəndəliyi ilə görüşdə müzakirə olunub.

Məlumatda bildirilir ki, Ə.Qarayev Türk Hava Yollarının Bakı nümayəndəliyinin müdiri Seyfullah İlyas ilə görüşdə ötən müddət ərzində Mədəniyyət və Turizm Nazirliyi və Türk Hava Yolları arasında Azərbaycanın zəngin turizm potensialının tanıdılması istiqamətində həyata keçirilmiş əməkdaşlıq əlaqələrinə toxunulub və birgə fəaliyyətin daha da genişlənməsi qərara alınıb.

Görüşdə həmçinin, 10 aprel-10 may tarixinlərində Azərbaycanda ilk dəfə keçiriləcək “Bakı Ticarət Festivalı”na Türk Hava Yollarının tərəfdaşlığı, dünyanın bir sıra ölkələrinin turizm sənayesi və kütləvi informasiya nümayəndələri üçün ölkəmizə tanışlıq səfərinin təşkili, eləcə də Malaziya, İndoneziya, Cənubi Koreya və Yaponiyada Azərbaycanın silsilə tanışlıq tədbirlərinin təşkili müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti