Bakı. Trend:
“Azərsun Holdiq” manatın dollara qarşı möhkəmlənməsini nəzərə alaraq şəkər tozu, günəbaxan və qarğıdalı yağlarının qiymətini aşağı salıb.
Şirkətdən Trend-ə verilən məlumata görə, ümumilikdə ton hesabı ilə, şəkər tozuna 60 manat, günəbaxan yağına 150 manat, qarğıdalı yağına isə 250 manat endirim edilib.
Nəticədə, şəkər tozunun kiloqramının qiyməti 6 qəpik, günəbaxan yağının qiyməti 15 qəpik, qarğıdalı yağının kiloqramının qiyməti isə 25 qəpik aşağı düşüb. Məlumatda bildirilir ki, manatın dollara qarşı sabitləşməsi ilə digər məhsulların da qiymətinin aşağı salınması həyata keçiriləcək.