...

Bank VTB (Azərbaycan) tender elan edib

İqtisadiyyat Materials 10 Aprel 2017 10:47 (UTC +04:00)
Bank VTB (Azərbaycan) ASC "AML sisteminin tətbiqi" layihəsi üzrə açıq tender elan edib.
Bank VTB (Azərbaycan) tender elan edib

Bakı. Trend:

Bank VTB (Azərbaycan) ASC "AML sisteminin tətbiqi" layihəsi üzrə açıq tender elan edib.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: ən səmərəli tender təklifinə və texniki şərtlərin keyfiyyətinə.

Tender təklifləri 27 aprel 2017-ci il saat 16:00-dan gec olmayaraq qeyri-şəffaf zərfdə bağlanmış və möhürlənmiş şəkildə, təqdim edilən sənədlərin möhürlənmiş və imzalanmış siyahısını əlavə olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., 38 ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir. Elan edilmiş tenderin texniki şərtlərinə cavab verməyən təkliflər tender komissiyası tərəfindən baxılmayacaq.

Bank VTB (Azərbaycan) ASC-nin Müsabiqə Tender Komitəsi.

Əlaqələndirici şəxs: Rüfət Sultanov
Telefon: 012 437-7120; 492-00-80 (daxili nömrə 1252)
Faks: 012 437-71-21
Mob.: 050 286-00-87

Məqalədə:
Xəbər lenti

Xəbər lenti