...

Bakıda sosial mənzillərin tikintisində iştirak edən şirkətlərin sayı bilindi (YENİLƏNİB)

İqtisadiyyat Materials 11 Aprel 2017 12:26 (UTC +04:00)
Bakının Yasamal rayonunda sosial mənzillərin tikintisində 20-dən çox özəl şirkət iştirak edəcək.
Bakıda sosial mənzillərin tikintisində iştirak edən şirkətlərin sayı bilindi (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

Bakının Yasamal rayonunda sosial mənzillərin tikintisində 20-dən çox özəl şirkət iştirak edəcək.

Trend-in məlumatına görə, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib.

O qeyd edib ki, layihə 2500-dən çox adamı işlə təmin edəcək.

S.Nuriyev deyib: “Hazırda doqquzmərtəbəli binanın üçüncü mərtəbəsinin və məktəbin ikinci mərtəbəsinin tikintisi davam etdirilir. Bunlarla paralel olaraq 15 binanın tikintisi başlayıb. Bu ay biz daha yeddi binanın tikintisinə başlamağı planlaşdırırıq”.

S.Nuriyev əlavə edib ki, artıq kanalizasiya, su xətləri və elektrik xətlərinin çəkilişi icra olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti