...

Bakı Şopinq Festivalına qoşulan mağazaların sayı hər gün artmaqdadır (YENİLƏNİB)

İqtisadiyyat Materials 13 Aprel 2017 18:06 (UTC +04:00)
Məhşur mağazalar şəbəkəsi Bakı Şopinq Festivalına (BSF) qoşulub.
Bakı Şopinq Festivalına qoşulan mağazaların sayı hər gün artmaqdadır (YENİLƏNİB)

Trend-i buradan izləyin

Bakı. Trend:

Dünyada tanınmış markalardan olan “Barutti” mağazaları da Bakı Şopinq Festivalına (BSF) qoşulub.

Bakının Lev Tolstoy küçəsi, 191 və Azadlıq prospekti, 163 ünvanlarında yerləşən bu brend mağazalarının alıcıları da artıq Festival fürsətlərindən faydalana bilərlər.

Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan “Barutti” mağazasında alış-veriş etməklə, öz büdcəsinə qənaət etməyə dəvət edir.

“Arçelik” mağazaları da Bakı Şopinq Festivalına qoşulub. Bakının ayrı-ayrı ünvanlarında yerləşən həmin mağazalar artıq Bakı Şopinq Festivalının iştirakçısıdırlar.

Bakılılar və şəhərimizin qonaqları mayın 10-dək Sarayevo, A. M. Şərifzadə, Təbriz küçələrində və Babək prospektində yerləşən “Arçelik” mağazalarında rahatlıqla alış-veriş edə bilərlər. Həmçinin, şəhərmizin Neftçilər prospektində və Ə.Əliyev küçəsində yerləşən “Amazon” mağazalarında da alıcıları böyük endirimlər və güzəştlər gözləyir.

Neftçilər prospektində "Port Baku Mall" ticarət mərkəzində yerləşən “Knock İnteriors” də mayın 10-nadək endirimlər təklif edəcək! Bakılılar və şəhərimizin qonaqları “Knock İnteriors” mağazasında daha sərfəli qiymətlərlə alış-veriş edə biləcəklər.

Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan həmin mağazada alınan seçilmiş mallara 30 faizədək endirimlər təqdim ediləcək, eləcə də, ƏDV-ni geri almaq mümkün olacaq.

Festivala qoşulmuş mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazalarda Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar.

Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!

Hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti