Bakı. Orxan Quluzadə - Trend:
Türkiyənin “Türk Hava Yolları” (THY) aviaşirkəti baqajın daşınması ilə bağlı qaydalarda dəyişiklik edib.
Bu barədə Trend-ə şirkətin Bakı ofisindən məlumat verilib.
Yeni qaydalara görə, THY sərnişinləri yalnız 23 kiloqramadək bir yükü baqaja təhvil verə bilər.
Yeni qaydalar iyulun 1-dən qüvvəyə minəcək.
Hazırda sərnişinlər ümumi çəkisi 25 kiloqramadək iki yük baqaja təhvil verə bilər.