...

"Atəşgah" Sığorta Qrupu "NETTY"nin qalibi olub

İqtisadiyyat Materials 12 İyun 2017 15:39
"Atəşgah" Sığorta Qrupunun yenilənmiş www.ateshgah.com saytı "Korporativ sayt" nominasiyasında Azərbaycan Milli İnternet Mükafatı "NETTY"nin qalibi olub.
"Atəşgah" Sığorta Qrupu "NETTY"nin qalibi olub

Trend-i buradan izləyin

Bakı. Trend:

"Atəşgah" Sığorta Qrupunun yenilənmiş www.ateshgah.com saytı "Korporativ sayt" nominasiyasında Azərbaycan Milli İnternet Mükafatı "NETTY"nin qalibi olub.

Şirkətdən Trend-ə verilən məlumata görə, müştəri xidmətlərinin keyfiyyətini yüksəltmək və müştərilərin rahatlığı, eləcə də sığorta xidmətləri bazarını inkişaf etdirmək məqsədilə Şirkət korporativ saytını hər zaman yeniləyir və təkmilləşdirir. Hazırda sayt daha müasir, aydın interfeys, sadə naviqasiya, xüsusən sığorta şəhadətnamələrinin online satışı kimi xidmətləri özündə birləşdirən bir platformaya çevrilib.

Hazırda yenilənmiş sayt (www.ateshgah.com) vasitəsilə, icbari avtomobil, icbari əmlak və səyahət sığortası şəhadətnamələrini online əldə etmək mümkündür. Bundan əlavə, sayt vasitəsilə müştərilərə sığorta kalkulyatoru və peşəkar məsləhətçilərdən online konsultasiya (sığorta hadisələrinin tənzimlənməsi də daxil olmaqla) xidmətləri də təklif edilir.

Yaxın gələcəkdə müştərilər sayt vasitəsilə şirkətin daha geniş sayda olan elektron xidmətlərindən faydalana biləcəklər.

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib və İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

Qeyd: 2016-cı ilin nəticələrinə görə, “Atəşgah” Sığorta Qrupu (“Atəşgah” və “Atəşgah Həyat”) Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında lider mövqelərdən birini tutur. Bu dövr ərzində Qrupun sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN olub. “Atəşgah” SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir. “Atəşgah” SQ regionlarda 14, Bakıda isə 10 filialı fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti