...

"AccessBank" sərfəli kampaniyasının vaxtını uzadıb

İqtisadiyyat Materials 4 İyul 2017 15:53 (UTC +04:00)
"AccessBank"ın sərfəli kampaniyasının vaxtı uzadılıb.
"AccessBank" sərfəli kampaniyasının vaxtını uzadıb

Bakı. Trend:

"AccessBank"ın sərfəli kampaniyasının vaxtı uzadılıb.

15=12? Düşünürsünüz bu necə ola bilər? Bu mümkündür, "AccessBank" bunu isbat elədi! Necə? "AccessBank"dan 15 aylıq kredit götürən, yalnız 12 ayın faizini ödəyir!

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Bank sektorunda yeniliklərlə yadda qalan, həyata keçirdiyi kampaniyalarla müştəriləri tərəfindən rəğbət qazanan "AccessBank", ötən ay başladığı kampaniyanı müştərilərin çoxsaylı istəklərini nəzərə alaraq vaxtını uzatmaq qərarına gəldi. Artıq kredit kampaniyasına qoşulmaq istəyən hər kəs 31 iyul 2017-ci il tarixinədək bu təklifdən yararlana bilər.

Təklifdən yararlanan müştərilər sərfəli şərtlərlə 50 000 manatadək mikro və 20 000 manatadək nağd kreditlər əldə edə bilərlər.

Daha ətraflı məlumatı Bankın rəsmi internet saytından, Facebook və twitter səhifələrindən, eləcə də 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti