...

SOCAR məhsulları saxlanılan bazada YANĞIN - Xəsarət alanlar var

İqtisadiyyat Materials 5 İyul 2017 17:15 (UTC +04:00)
Ukraynanın Odessa şəhəri yaxınlığında neft məhsullarının saxlandığı bazada yanğın baş verib
SOCAR məhsulları saxlanılan bazada YANĞIN - Xəsarət alanlar var

Bakı. Maksim Tsurkov - Trend:

Ukraynanın Odessa şəhəri yaxınlığında neft məhsullarının saxlandığı bazada yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın baş vermiş bazada bir neçə şirkətlə yanaşı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məhsulları da saxlanılır.

İlkin məlumata görə, yanğın yanacaqdaşıyan maşında baş verən partlayış nəticəsində başlayıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Yanğının qarşısının alınması üçün 60 yanğınsöndürən cəlb edilib.

Xəbər lenti

Xəbər lenti