...

Mingəçevir Sənaye Parkında milli tekstil brendləri yaradılacaq

İqtisadiyyat Materials 10 İyul 2017 19:01 (UTC +04:00)
Sumqayıt Kimya Sənaye Parkı tərəfindən Mingəçevir Sənaye Parkına ilk rezident qəbul edilib.
Mingəçevir Sənaye Parkında milli tekstil brendləri yaradılacaq

Bakı. Trend:

Sumqayıt Kimya Sənaye Parkı tərəfindən Mingəçevir Sənaye Parkına ilk rezident qəbul edilib. Bu “Mingəçevir Tekstil” MMC-dir.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, MMC tərəfindən sənaye parkında Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında ildə 20 min ton iplik istehsal edəcək fabriklər inşa ediləcək. Müəssisələrdə 550 iş yerinin açılması nəzərdə tutulur.

Artıq fabriklərin inşasına başlanılıb.

Belə müəssisələrin yaradılması yüngül sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti