...

OBA marketlər şəbəkəsi status müəlliflərini mükafatlandırıb (FOTO)

İqtisadiyyat Materials 8 Avqust 2017 12:50 (UTC +04:00)
Son günlər sosial şəbəkələrdə gündəm olmuş OBA marketlər şəbəkəsi yazılan bütün fikirləri dəyərləndirərək 5 ən yaxşı statusu seçib.
OBA marketlər şəbəkəsi status müəlliflərini mükafatlandırıb (FOTO)

Bakı. Trend:

Son günlər sosial şəbəkələrdə gündəm olmuş OBA marketlər şəbəkəsi yazılan bütün fikirləri dəyərləndirərək 5 ən yaxşı statusu seçib.

OBA marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, paylaşımlar seçilməzdən əvvəl statusu ilk yazan istifadəçilər müəyyənləşdirilib, daha sonra həmin istifadəçilər ilə əlaqə yaradılaraq bir daha dəqiqləşdirilmə aparılıb.

Rəsul Zahidov, Fərrux Qocamanlı, Kamran Musazadə, Rəşad Hüseynov və Offside səhifəsi paylaşdıqları statuslara görə dəyərli hədiyyələrlə mükafatlandırılıb. Qaliblər ilk dəfə fəaliyyətə başlayan OBA market filialına dəvət olunub, onlara marketin fəaliyyəti, konsepsiyası, satılan məhsulların istehsal prosesi, qiymət ucuzluğunun səbəbi və s. haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, OBA marketlər şəbəkəsi hard-discount (kəskin endirim) modelini ölkəmizdə tətbiqedən ilk marketlər şəbəkəsidir. OBA marketlər şəbəkəsində 600-ə qədər çeşiddə gündəlik tələbat malları – qida və qeyri-qida – satılmaqdadır. OBA marketlərdə satılan məhsullar digər məhsullara nisbətən 20 %-ə qədər ucuzdur. Bunun əsas səbəbi istehlakçıya satılan məhsulların markalaşmadan, istehsalçıdan birbaşa istehlakçıya yönəldilməsidir. OBA marketlər şəbəkəsində yaradılan keyfiyyətə nəzarət sistemi nəticəsində satılan məhsulların keyfiyyəti hər zaman diqqətdə saxlanılır, alıcılarına kefiyyətdə və dadda digər markalardan geri qalmayan gündəlik tələbat məhsulları təqdim edir. Yəni satılan mallarda markalara deyil, kefiyyətli məhsullara üstünlük verilir.

Statuslar:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti