...

MBNP müsabiqə elan edib

İqtisadiyyat Materials 10 Avqust 2017 11:25 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) fəaliyyət istiqamətləri üzrə tələbə və məzunların nəzəri biliklərinin praktikada tətbiqi, onların bu sahədə peşə vərdişləri və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə 2017-ci il üzrə təcrübə proqramına qəbul üçün müsabiqə elan edir.
MBNP müsabiqə elan edib

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) fəaliyyət istiqamətləri üzrə tələbə və məzunların nəzəri biliklərinin praktikada tətbiqi, onların bu sahədə peşə vərdişləri və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə 2017-ci il üzrə təcrübə proqramına qəbul üçün müsabiqə elan edir.

Palatadan Trend-ə verilən məlumata görə, təcrübə proqramı hüquq, bank, sığorta və kapital bazarlarına, həmçinin ödəniş sistemlərinə nəzarət, prudensial siyasət və metodologiya, beynəlxalq əlaqələr, maliyyə, insan resurslarının idarə edilməsi, eləcə də katiblik istiqamətləri üzrə keçiriləcək.

Təcrübə proqramında bakalavr pilləsinin məzunları və magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilər. Proqram 2017-ci ilin sentyabr-dekabr aylarını əhatə edəcək.

Təcrübə proqramında iştirak etmək istəyənlər “Təcrübə proqamında qəbul üçün müraciət anketi”, şəxsiyyət vəsiqəsi və diplomun elektron nüsxələrini [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Proqramda iştirak üçün son müraciət tarixi 1 sentyabr 2017-ci ildir.

Proqrama dair ətraflı məlumatlar http://fimsa.az/pages/53 səhifəsində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti