Bakı. Elçin Mehdiyev - Trend:
2017-ci ilin yanvar-iyul aylarında Bakıda 237,0 milyon manat dəyərində qida məhsulları, içki və tütün məmulatları məhsul istehsal edilib.
Trend-in məlumatına görə, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə qida məhsullarının istehsalında 1,8 faiz artım, içki istehsalında 23,4 faiz artım, tütün məmulatlarının istehsalında isə 56,4 faiz azalma müşahidə olunub.
Bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 2,2 dəfə, pendir və kəsmik istehsalı 88,2 faiz, şirin peçenye istehsalı 2,6 dəfə, içli sair şokolad şirniyyat məmulatları istehsalı 62,3 faiz, qidalanma üçün yararlı olan duz istehsalı 10,0 faiz, pivə istehsalı 2,2 dəfə, alkoqolsuz içkilərin istehsalı 13,7 faiz artıb.