Bakı. Trend:
Neftçilərimizə illərdir xidmət göstərən Azərbaycan Beynəlxalq Bankı 20 Sentyabr “Neftçilər günü”nə özəl kampaniyaya start verib.
Bu barədə Trendfə bankdan məlumat verilib.
Əmək haqlarını Azərbaycan Beynəlxalq Bankının plastik kartları ilə alan neftçilər 19 sentyabr tarixindən 25 sentyabr tarixinə qədər davam edəcək kampaniya çərçivəsində nağd pul kreditini güzəştli şərtlərlə ala bilərlər.
Kampaniyanın özəllikləri:
• Kreditin məbləği - 15.000 manatadək
• Kreditin müddəti - 36 ayadək
• İllik faiz dərəcəsi - 2% endirimlə / 25%-dən başlayaraq
• Kredit 3000 manata qədər olduqda - zaminsiz
• Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.
Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.