...

OPEK nazirləri yenə yığışır

İqtisadiyyat Materials 22 Sentyabr 2017 22:36 (UTC +04:00)
OPEK və quruma daxil olmayan ölkələrin növbəti nazirlər görüşü noyabrın 29-da Vyanada keçiriləcək.
OPEK nazirləri yenə yığışır

Bakı. Trend:

OPEK və quruma daxil olmayan ölkələrin növbəti nazirlər görüşü noyabrın 29-da Vyanada keçiriləcək.

Trend-in məlumatına görə, görüş zamanı OPEK sazişinin icra olunmasına nəzarət məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, OPEK üzvləri və quruma daxil olmayan ölkələr ötən ilin sonundan neft hasilatını ümumilikdə gündəlik 1,8 milyon barrel azaltmaq barədə qərar qəbul ediblər.

Xatırladaq ki, bu ilin may ayında sazişin müddəti 2018-ci ilin mart ayınadək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti