...

Sumqayıt yağ fabrikində istehsal həcmi daxili tələbatdan iki dəfə çoxdur (FOTO)

İqtisadiyyat Materials 11 Oktyabr 2017 17:41 (UTC +04:00)
“Azərsun Sənaye Parkı”nda yerləşən yağ fabrikində istehsal həcmi ölkədaxili tələbatdan təxminən iki dəfə çoxdur.
Sumqayıt yağ fabrikində istehsal həcmi daxili tələbatdan iki dəfə çoxdur (FOTO)

Bakı. Trend:

“Azərsun Sənaye Parkı”nda yerləşən yağ fabrikində istehsal həcmi ölkədaxili tələbatdan təxminən iki dəfə çoxdur.

“Azərsun Holdinq”dən Trend-ə verilən məlumata görə, müəssisənin illik istehsal həcmi 270 min tondur.

Kərə və spred yağlarının istehsalı ilə bağlı jurnalistlərin suallarını cavablandıran şirkət rəsmiləri bildiriblər ki, bu məhsul Yeni Zellandiyadan idxal edilir və “Azərsun Holdinq”in kərə yağı bazarında payının cəmi 5-7 faiz təşkil etdiyi bildirilib. Sumqayıtda böyük həcmdə idxal edilən kərə yağının çəkilərə görə daha kiçik həcmlərdə qablaşdırılaraq satışa çıxarıldığı qeyd edilib.

Kərə yağının xammal tələbatını daxili istehsal hesabına təmin etməklə bağlı məsələyə gəldikdə isə “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov bunun çox baha başa gəldiyini söyləyib. O Yeni Zellandiyanın iqlim şəraitinin daha münbit olduğunu və süd məhsullarının yağlılıq dərəcəsinin əksər dünya ölkələrindən qat-qat çox olduğunu bildirib. Bunun nəticəsi olaraq həmin ölkədə kərə yağının əldə olunması digər ölkələrdən dəfələrlə ucuz başa gəlir. “Azərsun Holdinq” tərəfindən keyfiyyəti beynəlxalaq sertifikatlarla təsdiq edilmiş kərə yağları idxal edilərək tərkibinə heç bir dəyişiklik edilmədən müxtəlif çəkilərdə qablaşdırılaraq “Best Cow”, “Wellington” markaları ilə istehlakçılara təklif edildiyi bildirilib.

Qeyd edək ki, yağ fabriki 2014-cü ildə istismara verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti