...

JTI şirkəti Azərbaycanda səkkizinci su təchizatı layihəsini həyata keçirib

İqtisadiyyat Materials 12 Oktyabr 2017 18:06 (UTC +04:00)
Japan Tobacco International (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.
JTI şirkəti Azərbaycanda səkkizinci su təchizatı layihəsini həyata keçirib

Bakı. Trend:

Japan Tobacco International (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, sayca səkkizinci olan layihə Ağdam rayonunun Dördyol qəsəbəsində Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Ağdam rayon icra hakimiyyəti ilə birlikdə həyata keçirilib.

Açılış mərasimində çıxış edən Ağdam rayon icra hakimiyyətinin başçısının birinci müavini Allahverən Əliyev və MQF-nin Prezidenti Rauf Zeyni layihənin icrasında maliyyə dəstəyi göstərdiyinə, xüsusilə də belə bir layihənin cəbhəyanı bölgə olan Ağdam rayonunda icra edilməsinə görə JTI şirkətinə öz minnətdarlığını bildiriblər. JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin meneceri Əli Verdiyev layihənin uğurla icra edildiyini qeyd edərək, belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını bildirib. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

Əhalisinin sayı 5000-ə yaxın olan Dördyol qəsəbəsində içməli su layihəsi MQF tərəfindən icra edilib. Təxminən üç ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılıb, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb. İndiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı və Səlyan rayonlarında da su təminatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 25,000-dən çox adam təmiz içməli su ilə təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti