...

"Aura" Sağlamlıq mərkəzi yeni aksiyaya start verib

İqtisadiyyat Materials 23 Oktyabr 2017 09:49 (UTC +04:00)
“Aura” Sağlamlıq mərkəzi bu payızda yeni aksiyaya start verib.
"Aura" Sağlamlıq mərkəzi yeni aksiyaya start verib

Bakı. Trend:

“Aura” Sağlamlıq mərkəzi bu payızda yeni aksiyaya start verib. 15 noyabr tarixinə qədə davam edəcək qızıl fürsət aksiyasını qaçırmayın.

“Aura” Sağlamlıq mərkəzindən 3 aylıq üzvlük aldıqda 1 ay, 6 aylıq üzvlük aldıqda 2 ay və bir illik üzvlük aldıqda əlavə 3 ay pulsuz üzvlük hədiyyə olunacaq.

Qeyd edək ki, sahəsi 3 500 kv.metr olan 3 mərtəbəli “Aura” sağlamlıq mərkəzində peşəkar idmanla məşğul olmaq üçün hər bir şərait var. Trenajor zalında bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardio trenajorlar quraşdırılıb. Eləcə də, açıq tennis kortu, spa-terapevtlərin xidmətləri, istirahət otaqları, qapalı və ilin isti vaxtlarında açıq havada işləyən 2 hovuz “Aura” klubunun daimi üzvlərinə xidmət edir. Mərkəzə gələnlərə dəsmallar, xələtlər və nəleyin və kosmetik vasitələr verilir.

“Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti