Bakı. Əli Mustafayev - Trend:
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu Qazaxıstan ərazisindən keçməklə Avropaya Çindən əlavə yük cəlb edilməsinə təsir edəcək.
Bu barədə Trend-ə Qazaxıstanın İnvestisiya və İnkişaf üzrə Nazirliyi yanında Nəqliyyat Komitəsindən bildiriblər.
Nazirlikdən bildirilib: "Bakı-Tbilisi-Qars dəmiryolu işə salındıqdan sonra Çindən gələn və Qazaxıstan ərazisindən keçən yükün həcmi böyük dərəcədə artacaq".