...

Növbəti il üzrə HSŞ hesabatının təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib

İqtisadiyyat Materials 1 Noyabr 2017 14:37 (UTC +04:00)
Bu gün Hasilat Sənayesində Şəffaflıq (HSŞ) hesabatının hazırlanması üzrə İşçi Qrupun ilk iclası keçirilib.
Növbəti il üzrə HSŞ hesabatının təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib

Bakı. Trend:

Bu gün Hasilat Sənayesində Şəffaflıq (HSŞ) hesabatının hazırlanması üzrə İşçi Qrupun ilk iclası keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Fondundan məlumat verilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunda hasilat sənayesində şəffaflığa dair 2016-cı il üzrə hesabatın təkmilləşdirilməsi və yekunlaşdırılması məqsədi ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın üzvləri, vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrindən təşkil edilmiş İşçi Qrupun ilk iclası keçirilib.

İclas zamanı İşçi Qrup üzvləri 2016-cı il üzrə HSŞ Hesabatını ətraflı müzakirə edib, növbəti il üzrə HSŞ hesabatının təkmilləşdirilməsi ilə bağlı təkliflər verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti