...

"Bizim Tarla" və "Saville" Nar Bayramında böyük marağa səbəb olub (FOTO)

İqtisadiyyat Materials 6 Noyabr 2017 14:40 (UTC +04:00)
“Bizim Tarla” və “Saville” markaları Nar Bayramında böyük marağa səbəb olub.
"Bizim Tarla" və "Saville" Nar Bayramında böyük marağa səbəb olub (FOTO)

Bakı. Trend:

Ötən həftə sonu Göyçay rayonunda ənənəvi Nar Bayramı keçirilib.

İllərdir ki, yüksək səviyyədə qeyd edilən bu bayrama qatılmaq üçün xarici qonaqlar, millət vəkilləri, icra başçıları, yerli və xarici iş adamları, xarici ölkələrin Azərbaycandakı səfirləri də Göyçay rayonuna gəliblər.

Tədbirdə nümayiş olunan “Saville”, “Bizim Tarla” nar şirələri və nar şərablar isə ziyarətçilərin xüsusi marağına səbəb olub. Yüksək keyfiyyətinə görə hər kəs tərəfindən sevilən bu milli markalar Nar Bayramına xüsusi rəng qatıb. Azərbaycanın ixrac potensialının artırılması və yerli məhsulların dünya bazarlarına çıxarılmasına xüsusi önəm verən “Azərsun Holdinq” narçılıq təsərrüfatını daha da inkişaf etdirmək üçün müxtəlif layihələr reallaşdırır.

Mərkəzi Aran rayonlarında əkilmiş 600 min milli güleyşə və vələs nar növlərindən hazırlanan “Saville” nar şirələri Azərbaycan narının şöhrətini bütün dünyaya yayır. Ən son texnologiyaların tətbiqi ilə yerli məhsuldan hazırlanan “Saville” nar şirəsi artıq Azərbaycanın hüdudlarını aşaraq dünya bazarlarına çıxarılır.

Qeyd edək ki, hər kəs tərəfindən sevilən “Saville” və “Bizim Tarla” məhsullarının əsas özəlliyi seçmə meyvələrdən hazırlanması yüz faiz təbii və şəkərsiz, konsentratsız olmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti