...

Yanvarın 1-dən qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq

İqtisadiyyat Materials 22 Noyabr 2017 18:50 (UTC +04:00)
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən qızılgül və qönçələrlə bağlı tətbiq ediləcək yeni gömrük idxal rüsumları məlum olub.
Yanvarın 1-dən qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq

Bakı. Trend:

2018-ci il yanvarın 1-də qızılgül və qərənfilin 1 kiloqramı üçün 1 dollar gömrük idxal rüsumu tətbiq ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərar təsdiq edib.

Hazırki qərara əsasən qızılgülə gömrük dəyərinin 15 faizi dəyərində idxal rüsumu tətbiq edilir, qərənfil isə gömrük idxal rüsumundan azaddır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti