...

Səfir: Əfqanıstan yük daşımaları üçün BTQ dəmir yolundan istifadə edə biləcək

İqtisadiyyat Materials 27 Noyabr 2017 12:30 (UTC +04:00)
Azərbaycan və Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq
Səfir: Əfqanıstan yük daşımaları üçün BTQ dəmir yolundan istifadə edə biləcək

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq.

Trend-in məlumatına görə, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, işçi qrupunun birinci iclası gələn ilin əvvəlində keçiriləcək.

O xatırladıb ki, bu yaxınlarda Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə və Türkmənistan arasında dəmir yolu dəhlizinin yaradılması ilə bağlı sənəd imzalanıb:

“Bu layihə vasitəsilə Əfqanıstan Türkmənbaşı və Batumi limanları, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı vasitəsilə Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə biləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti