...

Ağsunun Padar kəndinə içməli su verilib (FOTO)

İqtisadiyyat Materials 4 Dekabr 2017 16:28 (UTC +04:00)
Ağsu rayonunun Padar kəndinə içməli su verilib.
Ağsunun Padar kəndinə içməli su verilib (FOTO)

Bakı. Trend:

Ağsu rayonunun Padar kəndinə içməli su verilib.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə qurumun “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov bildirib ki, sərəncama əsasən, respublikanın 28 rayonunun 170 kəndində layihə icra olunub. Bu layihələrdən ümumilikdə 271 min nəfər kənd sakini faydalanacaq: “Cari ilin may-iyun aylarından kəndlərdə tikinti-quraşdırma işlərinə başlanılıb və indiyədək işlərin 95 faizə qədəri icra edilib. Bu gün açılış mərasimi keçirilən Padar kəndinin su təchizatının yaxşılaşdırılması məqsədilə 1,6 kilometr kənddaxili su xətti çəkilib, 12 ədəd bulaq quraşdırılıb. Növbəti illərdə Ağsu rayonunun su çatışmazlığı müşahidə olunan digər kəndlərində belə layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır”.

Qeyd edək ki, Ağsu rayonunda icra olunan layihə 20 yaşayış məntəqəsini - Padar, Ərəbmehdibəy, Dədəli, Qasımbəyli, Növcü, Yuxarı Növcü, Məlikçobanlı, Hacıqədirli, Ərəbsarvan, Axundlu, Gursulu, Kəlağaylı, Nəmirli, Bənəcik, Göydəlləkli, Xəlilli, Qaraməmmədli, Navahı, Ülgüc və Bico kəndlərini əhatə edib. Layihəyə əsasən, 18 kəndə içməli suyun Külüllü mənbəyindən, Bico və Gəgəli kəndlərinə isə digər mənbələrdən verilməsi nəzərdə tutulub. İndiyədək 18 kənddə layihənin icrası yekunlaşıb, içməli suyun verilməsinə hazırlıq görülür. Rayonun Bico kəndində tikinti-quraşdırma işləri ilin sonuna qədər tam başa çatdırılacaq. Gəgəli kəndində isə sutəmizləyici qurğunun və su anbarının inşasına hazırlıq görülür. Ümumilikdə bu kəndlərdə 33 km su xətləri çəkilərək 119 ədəd bulaq quraşdırılıb. Layihələrin icrasından Ağsu rayonunun 20 kəndində 11 min nəfər sakin faydalanacaq.

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncama əsasən, layihələrin həyata keçirilməsi üçün “Azərsu” ASC-yə 14 milyon manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti