...

Vergilər naziri: Azərbaycan və Yaponiya arasında mal dövriyyəsinin həcmi davamlı şəkildə artmaqdadır

İqtisadiyyat Materials 5 Dekabr 2017 19:11 (UTC +04:00)
Azərbaycan və Yaponiya arasında bir çox sahədə məhsuldar dialoq mövcuddur və iki ölkə arasında mal dövriyyəsinin həcmi davamlı şəkildə artmaqdadır.
Vergilər naziri: Azərbaycan və Yaponiya arasında mal dövriyyəsinin həcmi davamlı şəkildə artmaqdadır

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Yaponiya arasında bir çox sahədə məhsuldar dialoq mövcuddur və iki ölkə arasında mal dövriyyəsinin həcmi davamlı şəkildə artmaqdadır.

Bu barədə bu gün Azərbaycanın yeni vergilər naziri Mikayıl Cabbarov Bakıda keçirilmiş Yaponiya İmperatorunun Doğum Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycan və Yaponiya arasındaki sıx əlaqələr onu nümayiş edir ki, ölkələr arasında uzaq məsafə uğurlu əməkdaşlığa mane olmur.

Öz növbəsində, Yaponiyanın Azərbaycandakı səfiri Teryuki Katore jurnalistlərə deyib ki,Yaponiya Azərbaycanla qeyri-sənaye sahələrində əməkdaşlığın inkişafına diqqət yetirəcək.

Səfir deyib: "İndiyə qədər Yaponiya Azərbaycana əsasən sənaye və infrastruktur sahəsində yardım göstərib. Gələcəkdə biz Azərbaycana insan resurslarının inkişafı, təhsil və kənd təsərrüfatı sahəsində kömək etmək istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti