...

Korporativ idarəetmə prinsiplərinin kiçik və orta sahibkarlıq subyektlərində tətbiqinə dair təlim keçirilib

İqtisadiyyat Materials 15 Dekabr 2017 16:25 (UTC +04:00)
Korporativ idarəetmə prinsiplərinin KOS subyektlərində tətbiqinə dair təlim keçirilib.
Korporativ idarəetmə prinsiplərinin kiçik və orta sahibkarlıq subyektlərində tətbiqinə dair təlim keçirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə korporativ idarəetmə prinsiplərinin kiçik və orta sahibkarlıq subyektlərində tətbiqi ilə bağlı "Korporativ idarəetmə" mövzusunda təlim keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələri iştirak edib.

Təlimdə İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Nicat Eyvazzadə korporativ idarəetmənin mahiyyəti və əhəmiyyəti, onun əhatə etdiyi sahələr, prinsipləri və s. barədə məlumat verib, mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti