...

12 kənddə yeni içməli su təchizatı sistemi yaradılıb (FOTO)

İqtisadiyyat Materials 27 Dekabr 2017 15:51 (UTC +04:00)
Kürdəmirin 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.
12 kənddə yeni içməli su təchizatı sistemi yaradılıb (FOTO)

Bakı. Trend:

Kürdəmirin 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində kəndlərə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində layihələrin yekunlaşdığını bildirib. Qeyd olunub ki, növbəti illərdə digər kəndlərin də içməli su təchizatının yaxşılaşdırılması məqsədilə araşdırmalar aparılır.

Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Kürdəmir rayonunda icra olunan layihələr 12 yaşayış məntəqəsini - Mürtülü, Qağacalı, Şıxımlı, Topalhəsənli, Şahsevən, Qaraqocalı, Xırdapay, Yeni Şıxımlı, Qurdbayram, Ucarlı, Balakəngərli kəndləri və Qarabucaq qəsəbəsini əhatə edib. Kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Külüllü-Kürdəmir magistral kəməri seçilib. Magistral kəmərdən rayonun yaşayış məntəqələrinə çıxışlar verilib. Kəndlərdə müxtəlif diametrli polietilen borularla 39,5 km olan su xətləri çəkilib, ümumi istifadə üçün 113 ədəd bulaq quraşdırılıb. Ümumilikdə yeni su təchizatı layihələrindən Kürdəmir rayonunun 12 yaşayış məntəqəsinin 11400 nəfər sakin faydalanıb.

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb. Kəndlərdə 535 km su xətti çəkilib, 1394 bulaq quraşdırılıb. Bununla da 271 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti