...

Ötən il 56 yaşayış məntəqəsinə qaz verilib

İqtisadiyyat Materials 10 Yanvar 2018 14:51 (UTC +04:00)

Bakı. Trend:

Ötən il “Azəriqaz” İB tərəfindən 56 yaşayış məntəqəsinə təbii qaz verilib.

Bu barədə Trend-ə “Azəriqaz” İB-dən məlumat verilib.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” İB tərəfindən ötən ilin yanvar-dekabr ayları ərzində 1886 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 221 km qaz kəməri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Ağstafa, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Xaçmaz, Şamaxı, Oğuz, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Lerik, Biləsuvar, Cəlilabad, Masallı və Astara rayonları üzrə 56 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti