• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • İqtisadiyyat

2018-ci ildə Azərbaycanın inkişaf istiqamətləri: kənd təsərrüfatı, sənaye, turizm

11 Yanvar 2018 22:49 (UTC+04:00)
  • 0
  • 0

Bəxtiyar Hacıyev – Trend:

Prezident İlham Əliyev 2018-ci ildə Azərbaycanın inkişaf istiqamətlərini müəyyən etdi.

İnkişaf üçün təbii ki, ilk növbədə, ölkədə sabitliyin, əmin-amanlığın olması, təhlükəsizliyin tam təmini əsas şərtdir. Bu baxımdan 2017-ci il Azərbaycan üçün uğurlu oldu. Belə ki, dünyanın müxtəlif yerlərində təhlükələrin, qanlı münaqişələrin, qarşıdurmaların artdığı bir vaxtda Azərbaycan xalqı sabitlik və təhlükəsizlik şəraitində yaşayır, ölkədə normal həyat təmin edilir.

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı qeyd etdi ki, sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.

Azərbaycanda cari ildə də əsas diqqət qeyri-neft sektorunun inkişafına yönəldiləcək. 2017-ci ildə iqtisadi sahədə böyük uğurlar əldə edən Azərbaycan bu nailiyyətləri davam etdirmək əzmindədir. Ötən il sənaye sahəsində qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. Bundan başqa, 2017-ci ildə Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artıb, hazırda təqribən 42 milyard dollar təşkil edir. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar investisiya qoyulub. Həmçinin ötən il Azərbaycandan ixrac 19 faiz, qeyri-neft ixracı isə 24 faiz artıb.

Azərbaycanda kənd təsərrüfatının inkişafı 2018-ci ildə də prioritet olacaq. Ötən il ölkədə kənd təsərrüfatı 4,1 faiz artıb. Pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq sahələrində böyük inkişaf qeydə alınıb. 2017-ci ildə 207 min ton, 2016-cı ildə 89 min, 2015-ci ildə isə 35 min ton pambıq yığılıb. 2015-ci ildə 200 kq, 2016-cı ildə 70 ton, 2017-ci ildə 245 ton barama tədarük edilib. Həmçinin ötən il 18 min hektarda fındıq bağları salınıb. Fındıq bağlarının sahəsi 55 min hektara çatıb və dövlət başçısının da qeyd etdiyi kimi, hədəf 80 min hektara çatdırmaqdır. Bundan başqa, keçən il 140 milyon dollar dəyərində pomidor ixrac edilib. Tütünçülükdə də xeyli irəliləyiş var. 2016-cı ildə 3500 ton, 2017-ci ildə isə 5200 t tütün tədarük olunub.

Prezident İlham Əliyev bildirib ki, kənd təsərrüfatı dövlətin dəstəyi olmadan inkişaf edə bilməz: “Bunu hamı bilməlidir. Əlbəttə ki, rentabellilik olmalıdır. Bəzi sahələr rentabelli sahələrdir, bəzi sahələr subsidiya hesabına yaşamalıdır. Bu, inkişaf etmiş ölkələrdə də belədir. Orada da subsidiyalar var, orada da dövlət fermerləri dəstəkləyir ki, ərzaq təhlükəsizliyi təmin edilsin, iş yerləri yaradılsın. Biz də bu yolla gedirik. Ona görə əgər hansısa kənd təsərrüfatı sahəsində istehsal o qədər də rentabelli deyilsə, bu, böyük faciə deyil, bundan faciə düzəltmək lazım deyil. Dövlət ilkin mərhələdə öz dəstəyini göstərir, bundan sonra hər şey yoluna düşəcək. Necə ki, biz indi kənd təsərrüfatının istehsalında bu artımı görürük. Əgər dövlət lazım olan vaxtda öz dəstəyini göstərməsəydi, bu gün kənd təsərrüfatında 4,1 faiz artımdan söhbət belə gedə bilməzdi və əksinə, bəlkə də bu sahə tənəzzülə uğrayardı”.

Bu gün Azərbaycanda sənaye parklarının yaradılması da prioritet istiqamətlərdəndir. Neftçala Sənaye Məhəlləsinin istifadəyə verilməsindən sonra Hacıqabul, Masallı və Sabirabad sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilir. Bu il Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı gözlənilir. Sumqayıt Kimya Sənaye Parkı isə uğurla fəaliyyət göstərir.

Azərbaycanın təşəbbüskarı olduğu mühüm enerji layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi kimi iri layihələr də ölkədə qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək.

Beləliklə, heç şübhəsiz ki, 2018-ci il də Azərbaycanda kənd təsərrüfatının və sənayenin inkişafı üçün uğurlu il olacaq.

Dövlətimizin başçısı Nazirlər Kabinetinin iclasında Azərbaycanın xarici borcundan da danışdı: “Hesab edirəm ki, bundan sonrakı illərdə dövlət xarici borcunun azaldılması istiqamətində işlər aparmalıdır. Bu gün də xarici borcumuz məqbul səviyyədədir. Dünya miqyasında xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənik. Ancaq mən qarşıya vəzifə qoymuşam, çalışmalıyıq ki, bundan sonra xarici borcu artırmayaq, əksinə, bunu azaldaq... Bir sözlə, xarici borcumuzun səviyyəsi aşağı düşməlidir. Builki büdcəmizdə xarici borcun qaytarılması üçün vəsait nəzərdə tutulub. Əsas vəzifə ondan ibarətdir ki, biz o qədər də vacib olmayan layihələrə xarici borc götürməyək. Biz ancaq texnoloji cəhətdən önəmli layihələrə xarici borc götürməliyik. Yoxsa, hansısa binanın tikintisinə, yaxud da ki, daxili imkanlar hesabına edə biləcəyimiz digər layihəyə xaricdən kredit almaq düzgün deyil".

Bu il turizmin inkişafı ilə bağlı da əlavə tədbirlər görüləcək. 2016-cı ildə Azərbaycana xarici turistlərin axınında 24 faiz artım, ötən il isə daha 20 faiz artım qeydə alınıb və bu göstərici rekord səviyyəyə çatıb.

Dövlətimizin başçısı qeyd edib: “Ölkəmizə 2,7 milyon xarici vətəndaş gəlmişdir. Bu, çox müsbət haldır. Bunun səbəbləri var, - əlbəttə, mən bu barədə dəfələrlə danışmışam, - həm sabitlik, təhlükəsizlik, qonaqpərvərlik, müasir infrastruktur, tarixi abidələrimiz və turizm sahəsinə göstərilən dövlət dəstəyi və əminəm ki, eyni zamanda, beynəlxalq tədbirlər, beynəlxalq yarışlar turistləri ölkəmizə cəlb edir. Sevindirici hal ondan ibarətdir ki, keçən il turistlər bank kartları ilə 70 faiz çox pul xərcləmişlər. Turistlərin sayı cəmi 20 faiz artmışdır, amma xərclənən pul 70 faiz artmışdır. Bu da çox müsbət haldır. Turizm də ixracın bir növüdür, çünki turizm ölkəyə valyuta gətirir”.

Ümumilikdə, cari ildə bir çox mühüm layihələrin icrası nəzərdə tutulur. Makroiqtisadi sabitlik, inflyasiyanın, işsizlik və yoxsulluğun aşağı səviyyədə olması, iqtisadi sahənin əsas göstəriciləri müsbət olması Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin nəticəsidir və 2018-ci ilin də Azərbaycan üçün uğurlu olacağını deməyə əsas verir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Bəxtiyar Hacıyev
Azernews Newspaper
Digər xəbərlər
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...
Nəzər nöqtəsi 23 Aprel 17:43
ATƏT DTİHB də "Milli Şura"ya kömək edə bilmədi
Siyasət 14 Aprel 18:20
Azərbaycan xalqı növbəti 7 ildə də öz taleyini layiqli liderinə həvalə etdi
Siyasət 12 Aprel 01:40
Nardaran mayakı - "Yol əhvalatı", Fransa istehsallı fənər (FOTO)
Mədəniyyət 18 Mart 20:37
Ermənistana dinclik verməyən “aprel kabusu”, qondarma rejimin rəhbərinə qucaq açan həmsədr ölkə
Nəzər nöqtəsi 13 Mart 22:07
Abşeronun 158 yaşlı mayakı (FOTO)
Mədəniyyət 28 Yanvar 20:53
Azərbaycan Davosda Avropa ilə uğurlu təcrübəsini bölüşür, Ermənistan isə AŞ PA-da sınıq val kimi baş-beyin aparır
Siyasət 24 Yanvar 21:24
Ermənistanda növbəti etiraz dalğası qaçılmazdır: Sarkisyanın dövrü başa çatır
Siyasət 10 Yanvar 22:33
Bitməyən sürücü özbaşınalığı və ya 20 qəpiklik canımız...
Cəmiyyət 8 Yanvar 14:38
2018-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından nə vəd edir?
Nəzər nöqtəsi 8 Yanvar 07:49
2018-ci ilin Azərbaycan üçün daha da uğurlu olacağına zəmanət verən 2017-ci il
Siyasət 1 Yanvar 10:35
Avropa İttifaqının ATƏT-dəki nümayəndəliyinin fərqli mövqeyi Aİ-nin özünü də çaşdırar
Siyasət 19 Dekabr 2017 13:34
Banişevskinin adını əbədiləşdirməsək, başqası qabağa düşəcək...
İdman 14 Dekabr 2017 17:46
Azərbaycan dünyada bütün münaqişələrin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır
Siyasət 13 Dekabr 2017 18:00
Müharibə, zəlzələ... və daşları daşınan Şağan qalası (FOTO)
Mədəniyyət 10 Dekabr 2017 18:29
Qalmaqallı Qüds qərarı: odun üstünə benzin tökülür, yoxsa...
Siyasət 7 Dekabr 2017 11:23
Sarkisyan yenə də Azərbaycan sərhədini pozdu və ya həyasızlığın kulminasiya nöqtəsi
Dağlıq Qarabağ Münaqişəsi 5 Dekabr 2017 16:25
Nəhayət ki, Avropa İttifaqı da anladı: cin ayrı, şeytan ayrı
Siyasət 27 Noyabr 2017 14:06
Ən çox oxunanlar
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni üzvlərini təyin edib
Yeni nazir: Bütün istiqamətlərdə şəffaflıq tam təmin ediləcək (FOTO)
Serj Sarkisyan istefa verdi: "Mən səhv etdim" (YENİLƏNİB)
Nəzər nöqtəsi
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter